Almaniya Bundesliqası: "Ştuttqart" "Herta"yla bacarmadı

01:30 - 4 Oktyabr 2014

Berlin təmsilçisi əsas rəqiblərindən birinə qalib gəldi
 
 
Almaniya Bundesliqasında 7-ci tura bir oyunla start verilib.
 
Sportal.az xəbər verir ki, turnir cədvəlində 12-15-ci yerləri bölüşən “Herta” ilə “Ştuttqart” üz-üzə gəliblər. Cari mövsüm uğursuz çıxış edən “Ştuttqart” belə getsə,  aşağı liqaya yuvarlanacaq komandalardan biri ola bilər. Berlin təmsilçisinə səfərdə 3:1-lik məğlubiyyət  də komandanın yuxarilara deyil, aşağılara doğru istiqamət götürməsindən xəbər verir.
 
Halbuki “Herta”yla qarşılaşmada erkən qolla başlayan qonaqların səfərdən xalla qayıtmaq  ehtimalı var idi. Ancaq Kalunun dublu və Beerensin qolu buna imkan verməyibi. Matçın sonlarında “Herta”lı Uaqnerin topu öz qapısına göndərməsi  “Ştuttqart”ı ümidləndirsə də,  ancaq qonaqlar bərabərlik qolunu vura bilməyiblər. 
 
 
3 oktyabr
 
 
Almaniya Buindesliqası  7-ci tur
 
 
“Herta” – “Ştuttqart”  3:2
Qollar: Kalu, 22, 64, Beerens, 75 – Letner, 5, Uaqner, 83   

Xəbər xətti