“Simurq” Gürcüstan klubunu üstələdi

01:25 - 12 Oktyabr 2014

Zaqatala təmsilçisi gücünü yoxlama oyunlarında sınayır
 
Milli komandaların oyunları ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Simurq" Gürcüstanda təlim-məqş topanışını keçirir. dadır.
 
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Zaqatala təmsilçisi ötən gün Tiflisdə Dinamo" klubu ilə yoxlama oyununa çıxıb.  Bu görüşdə “Simurq” rəqibini 1:0 hesabı ilə məğlub edib. Oyunda vurulan yeganə qola matçın 90-cı dəqiqəsində Oruc Balaşlı imza atıb.
 
Qeyd edək ki, Bakının “İnter” klubu da Gürcüstanda təlim-məşq toplanışında olub. “Bankirlər” qonşu ölkədə yerli “Samtredia” komandası ilə üz-üzə gəlib. Oyun təmsilçimizin 0:2 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti