"Çelsi"dən daha bir qələbə VİDEO

00:10 - 19 Oktyabr 2014

Oskar və Fabreqasdan baxımlı qollar 

 

İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində lider “Çelsi” səfərdə “Kristal Pelas”la qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, oyunun 6-cı dəqiqəsində Oskar cərimə zərbəsindən vurduğu mükəmməl qolla “Çelsi”ni hesabda önə keçirib. Fasilsəyə qədər hər komandanın heyətindən bir nəfər qovulub – “Çelsi”dən Aspilikueta, meydan sahiblərindən isə Dileyni.

 

İkinci hissənin əvvəlində “Çelsi” hesab arasındakı fərqi artırıb. Sesk Fabreqa əla kombinasıyanı qolla tamamlayıb. Meydan sahiblərinin gücü isə yalnız təsəlli qoluna çatıb. 90-cu dəqiqədə Freyzer Kempbel fərqlənib.

 

Bu qələbədən sonra xallarının sayını 22-ə çatdıran “Çelsi” liderliyini davam etdirib.

  

Xəbər xətti