Mirça Luçesku millinin baş məşqçisi oldu

00:10 - 22 Oktyabr 2014

Təcrübəli mütəxəssisin ilk sınağı Şimali İrlandiyaya qarşı olacaq 
 
Rumıniya Futbol Federasıyası milli komandaya baş məşqçi axtarışına son qoyub.
 
Sportal.az xəbər verir ki, federasiya rəhbərliyi Donetsk “Şaxtyor”unun çalışdırıcısı Mirça Luçesku ilə dil tapıb. Ukrayna təmsilçi ilə 2015-ci ilin yayına qədər müqaviləsi olan təcrübəli mütəxəssis ölkəsinin millisində işləməyə razılıq verib.
 
Rumıniya Futbol Federasiyası milli komandanı 2017-ci ilə qədər təcrübəli məşqçiyə tapşırıb. Əgər komanda uğurlu nəticə göstərərsə, onda federasiya baş mçəşqçiylə müqavilə müddətini bir ildə uzadacaq. Mirça Luçeskunun başçılığı altında rumınlar ilk oyununu AÇ-2016-nın seçmə qrup mərhələsində noyabrın 14-də Şimali İralandiya yığmasına qarşı keçirəcək.        

Xəbər xətti