Droqba "Çelsi"də sükutu pozdu

03:00 - 22 Oktyabr 2014

İki illik fasilədən sonra hücumçu yenidən fərqləndi 

 

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Didye Droqba “Çelsi”nin heyətində qol vurmağı bacarıb.

 

Sportal.az xəbər verir ki, Fil Dişi Sahili millisinin hücumçusu “Maribor”la görüşdə fərqlənib.

 

36 yaşlı futbolçu 6:0 hesabı ilə qalib gəldikləri oyunun 23-cü dəqiqəsində penaltidən komandasının 2-ci qolunu vurub.

Qeyd edək ki, Çempionlar Liqasında “Çelsi”nin heyətində fərqlənən Droqba sonuncu dəfə sözügedən turnirdə “zadəganlar”la qol sevincini 2012-ci ildə yaşayıb.

Xəbər xətti