"Balotellinin komandada yeri görünür "

04:00 - 25 Oktyabr 2014

Aquero: "Bəzən elə dəli kimi hərəkət edirdi ki, onu..."
 
“Mançester Siti” klubunun hücumçusu Aquero ötən günləri xatırlayıb.
 
Sportal.az xəbər verir ki, argentinalı forvard keçmiş komanda yoldaşı Mario Balotelli üçün darıxdığını gizlətməyib:
 
“Balottelli həm yaxşı dost həm də futbolçudur. Onun üçün yaman darıxmışam. O, zarafatından qalan deyildi. Bəzən elə dəli kimi hərəkət edirdi ki, onu acılamaq istəyəndə belə bacarmırdıq. Başqası olsaydı bəlkə ondan tez inciyərdik. Lakin Balottellidən incimək olmurdu. Çünki o da qarşısındakının könlünü almağı bacarırdı. Ona görə də Mario Balotellinin komandada yeri görünür”. 

Xəbər xətti