İtaliya A Seriyası: "Roma" büdrədi, "Kalyarı" qələbə qazandı

01:30 - 26 Oktyabr 2014

“Sassuolo” səfərdən 3 xalla döndü
 
İtaliya A Seriyasında 8-ci turun oyunları başlayıb.
 
Sportal.az xəbər verir ki, turun açılış matçında “Empoli” – “Kalyari” ilə üz-üzə gəlib. Bu görüşdə qonaqlar meydan sahiblərinin qapısından 4 cavabsız top keçirib.
 
“Parma” evdə “Sassuolo”nı sınağa çəkib. Bu qarşılaşma da qonaq koamnadnın qələbəsiylə başa çatıb. “Sampdoriya” - “Roma” duelində 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. 
 
 
İtaliya A Seriyası  8-ci tur
 
 
25 oktyabr
 
 
“Empoli” - “Kalyari”  0:4
Qollar: Sau, 31, Avelar, 36, 38, Ekdal, 45+2
 
“Parma” - “Sassuolo”  1:3
Qollar: Kassano, 78 - Flokkari, 20, Akerbi, 24, Tayder, 52
 
“Sampdoriya” - “Roma”  0:0

Xəbər xətti