“Mançester Yunayted” türkiyəli futbolçunun keçidinə 25 milyon verir

01:00 - 1 Noyabr 2014

Hakan Çalhanoğlu "qırmızı şeytanlar"ın hədəfində
 
Mövsümün əvvəlində “Hamburq”dan qalmaqallı şəkildə ayrılaraq 14,5 milyon avroya Leverkuzenin “Bayer” klubuna transfer olunan Hakan Çalhanoğlunun müştəriləri artıb.
 
Sportal.az xəbər verir ki, İngilətərə Premyer Liqasında mövsümə uğursuz start verən “Mançester Yunayted” komandası türkiyəli futbolçunu heyətinə qatmağa hazırlaşır. “Qırmızı şeytanlar” 20 yaşlı futbolçunun transfaerinə görə, “Bayer” klubuna 25 milyon avro təklif edib. “Bayer” klubunun rəhbərliyi ingilislərə gənc futbolçunu hələ satmaq niyyətində olmadığını bildirib. 
 
Bu mövsüm Hakan Çalhanoğlu “Bayer”in heyətində 9 oyuna 5 qol vurub.          

Xəbər xətti