“Qarabağ”ın rəqibi aparıcı oyunçusunu itirdi

02:00 - 1 Noyabr 2014

Reno Koad "Sent-Etyen"ə kömək edə bilməyəcək
 
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sent-Etyen” klubu aparıcı futbolçularından birini itirib.
 
Sportal.az xəbər verir ki, “Mets”lə qarşılaşmada zədə alan yarımmüdafiəçi Reno Koad meydanı tərk etmək məcburiyyətində qalıb. Klubun həkimləri futbolçunun ən azı bir ay meydanlardan kənarda qalacağını bildirib.       
 

Xəbər xətti