İspaniya La Liqası: “Eybar” “Rayo Valekano”nu üstələdi

01:30 - 4 Noyabr 2014

La Liqada 10-cu tur başa çatdı   
 
İspaniya La Liqasında 10-cu turun oyunlarına bir qarşılaşma ilə yekun vurulub.
 
Sportal.az xəbər verir ki, turnir cədvəlində qonşu olan “Rayo Valekano” ilə “Eybar” üz-üzə gəlib.
 
37-ci dəqiqədə Arruabarrenanın penaltidən vurduğu qolla qanaqlar fasiləyə üstün yollanıblar. Bu azmış kimi ikinci hissənin əvvəlində Piovakkari hesab arasında fərqi 2:0-a çatdırıb. Laskn ev sahibləri yenik durumda olmasına baxmayaraq, ruhdan düşməyiblər və bir dəqiqə ərzində Baptişta iki dəfə rəqib qapısının torunu silkələyib. Ancaq matçın sonlarında Arruabarrena yenidən fərqlənərək “Eybar”a qələbə qazandırıb.        
 
 
İspaniya La Liqası  10-cu tur
 
 
3 noyabr
 
“Rayo Valekano” – “Eybar”  2:3
Qollar: Leo Baptişta, 67, 68 - Arruabarrena, 37-pen, 86, Piovakkari, 49

Xəbər xətti