"Sent-Etyen" - "İnter" 1:1 VİDEO

01:45 - 7 Noyabr 2014

Rəqiblərimiz xalları yenə yarı böldülər
 
Avropa Liqasında qrup mərhələsində 4-cü turun oyunları start götürüb.
 
Sportal.az xəbər verir ki, qitə miqyaslı turnirdə  “Qarabağ”ın qrupdakı rəqibləri də növbəti oyununa çıxıb. “Sent-Etyen” doğma publika önündə İtaliya “İnter”ini sınağa çəkib. Dodonun qoluyla fasiləyə üstün yollanan italyanlar qələbə topunu sona qədər qoruya bilməyiblər. Belə ki, ikinci hissənin əvvəlində Fransa təmsilçisi tarazlığı bərpa edərək sonda aktivinə 1 xal yazıb.
 
 
“Sent-Etyen” (Fransa) - “İnter” (İtaliya)  1:1
Qollar: Mustafa Bayal Sall, 50 - Dodo, 33
 
 
 

Xəbər xətti