Muarem Muarem: "İlk oyunla müqayisədə "Dnepr" daha yaxşı oynadı"

02:00 - 7 Noyabr 2014

"İkinci hissədə üstünlüyü əldən verdik"
 
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Dnepr"ə 2:1 hesabı ilə məğlub olan "Qarabağ" növbəti mərhələyə çıxmaq şansını hələ də saxlayır.
 
Sportal.az xəbər verir ki, Ukrayna təmsilçisiylə ilk oyunun əsas qəhrəmanı sayılan Muarem Muarem ikinci qarşılaşmayla bağlı fikirlərini bildirib: 
 
“Birinci hissədə yaxşı oynadıq. Rəqib qapısı qarçısında təhlükəli epizodlar da yaratdıq. İlk oyunla müqayisədə "Dnepr" daha yaxşı təsir bağışladı. Hücumlara sürətlə çıxırdılar vaxtında da müdafiəyə çəkilirdilər. Demək olar ki, boş zona vermirdilər.İkinci hissәdә üstünlüyü әldәn verərək nəticədə məğlub olduq. Qarşıda iki oyunuz var və xal itkisini siğorta edәcәyik". 

Xəbər xətti