3 il sonra yenidən millidə
"Yuventus"un təcrübəli hücumçusu Karlos Tevez 3 il sonra yenidən milliyə çağırıldığı üçün xoşbəxt olduğunu bildirib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Argentina yığmasının baş məşqçisi Aleksandro Sabeley ilə olan münaqişə yaşadığından milliyə çağırılmayan 30 yaşlı futbolçu uzun fasilədən sonra millidə olmasını belə açıqlayıb:
"Artıq, vaxtım çatdı. Fikrimcə hal-hazırda əla formadayam. "Yuventus"da özümü yaxşı cəhətdən göstərdim və milliyə çağırıldım."
Qeyd edək ki, Karlos Tevez Argentina yığmasının qarşıdakı Portuqaliya və Xorvatiya ilə olan yoldaşlıq görüşlərində forma geyinəcəyi gözlənilir.