Fabio Kapello FİFA-ya şikayət edəcək

01:30 - 12 Noyabr 2014

İtaliyalı mütəxəssis 4 aydır maaş almır
 
Rusiya millisinin baş məşqçisi Fabio Kapello FİFA-ya şikayət etmək istəyir.
 
Sportal.az xəbər verir ki, federasiya 4 aydır italiyalı mütəxəssisin maaşını ödəmir. Rusiya Futbol İttifaqının rəhbəri Bitaliy Mutko ilə münasibətləri yaxşı olduğundan Kapello hələ ki səbr edir. Lakin təcrübəli mütəxəssis İtaliya mətbuatına verdiyi açıqlamada federasiyaya xəbərdarlıq ismarıcı göndərməyi unutmayıb. Kapello bəyan edib ki, əgər 2014-ci ilin sonuna qədər maaşını hamısını almasa onda FİFA-ya şikayət edəcək.
 
Qeyd edək ki, DÇ-2014-ün final mərhələsində çıxışlarına görə FİFA Rusiya Futbol İttifaqına 8 milyon avro verib. Ali futbol qurumundan gələn pullar yığma komandanın üzvlərinə və inzibatı heyətə paylaşdırılıb. Həmin puldan nə Fabio Kapelloya nə də köməkçisi Oreste Çinkviniyə çatıb.         

Xəbər xətti