"Simurq" "Neftçi" qarşısına 3 ciddi itki ilə çıxacaq

11:30 - 20 Noyabr 2014

XII turun matçı

 

18 günlük fasilədən sonra Premyer Liqanın XII turu keçiriləcək.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Simurq" doğma arenada “Neftçi”ni qonaq edəcək. Zaqatala təmsilçisi saat 17:00-da start götürəcək qarşılaşmanın hazırlıqlarını tamamlayıb. 

 

İndiyədək “Neftçi” ilə Zaqataladakı görüşlərdə qələbəyə həsrət qalan Georgi Çixradzenin yetirmələri paytaxt təmsilçisilə oyuna ciddi itkilərlə çıxacaq. Uzun müddətdir zədədən əziyyət çəkən Banas Adam fasilə müddətində komandayla birgə məşqlərə başlasa da, bu matçda forma geyinə bilməyəcək. Murad Səttarlıya da qarşılaşmada şans verilməyəcək. Həmçinin Vüqar Mustafayev zədə səbəbindən “Neftçi” ilə oyunda komandasına kömək edə bilməyəcək. “Xəzər Lənkəran”la görüşdə sarı vərəqə limitini dolduran Rəşad Eyyubov da cəzalı duruma düşdüyündən bu matçı buraxmalı olacaq.

Xəbər xətti