“Mançester Yunayted” van Persini transferə çıxarır

00:10 - 22 Noyabr 2014

Hollandiyalı futbolçunun əvəzinə ya Kavani ya da Müller
 
“Mançester Yunayted” mövsümün sonunda hücumçu Robin van Persini satmağa hazırlaşır.
 
Sportal.az xəbər verir ki, “Qırmızı şeytanlar” hollandiyalı futbolçunun xidmətindən adətən yararlana bilmədiyi üçün onu transferə çıxarmaq istəyir. Hollandiya yığma komandasının aparıcı üzvü tez-tez zədə aldığından komandasına kömək edə bilmir.
 
İngiltərə təmsilçisi 2016-cı ildə klubla müqaviləsi başa çatacaq van Persiyə artıq əvəzləyici də tapıb. İngilislər hollandiyalı futbolçuyla yollarını ayıracağı halda ya PSJ-dən Edinson Kavanini ya da “Bavariya”dan Tomas Mülleri heyətinə qatacaq.    

Xəbər xətti