Tural Axundov “Simurq”la müqaviləni yenilədi

01:00 - 22 Noyabr 2014

Müdafiəçi daha iki il Zaqatala klubunun şərəfini qoruyacaq
 
“Simurq” klubu müdafiəçisi Tural Axundovla yeni müqavilə imzalayıb.
 
Sportal.az klubun saytına istinadən xəbər verir ki,  26 yaşlı futbolçu  daha iki il "Simurq"un şərəfini qoruyacaq.
 
Ötən mövsümün əvvəlində Zaqatala təmsilçisinin heyətinə cəlb olunan müdafiəçi indiyənədək Premyer Liqada 44 matçda "sarı-qaralı" forma geyinib. Tural Axundov 2017-ci il iyun ayının sonuna qədər "Simurq"un uğurları üçün çalışacaq. 

Xəbər xətti