“Dnepr”in müdafiəçisi İtaliya klubunun hədəfində

00:30 - 29 Noyabr 2014

Striniç qışda Ukraynanı tərk edəcək
 
Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Dnepr” klubunun futbolçularına maraq getdikcə artır.
 
Sportal.az xəbər verir ki, Ukrayna təmsilçisində forma geyinən İvan Striniç karyerasını İtalyada davam etdirə bilər. Qış fasiləsində 27 yaşlı xorvatiyalı müdafiəçini A seriyasının iddialılarından sayılan “Napoli” heyətinə qatmağa hazırlaşır.
 
Xuan Suniqinin sıradan çıxması italiyalıların qışa qədər müdafiənin cinahında problem yaradıb. Odur ki, fasiləni gözləyən “Napoli” rəhbərliyi qarşıdakı aylarda xorvatiyalı futbolçunun transferini həll etməyə çalışacaq.      

Xəbər xətti