"İnter"in Bakıya gələcəyi tarix müəyyənləşdi

16:40 - 8 Dekabr 2014

Komanda oyundan bir gün öncə Bakıda olacaq

 

Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda "Qarabağ"la qarşılaşacaq "İnter"in ölkəmizə gələcəyi tarix bəlli olub.

Sportal.az xəbər verir ki, İtaliya təmsilçisi dekabrın 10-da paytaxtımıza gələcək.

Milan təmsilçisi həmin gün axşam matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq. Bundan öncə isə "İnter"in baş məşqçisi Roberto Mançini jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "İnter" oyunu saat 21:00-da başlayacaq.

Xəbər xətti