"İnter" "Qarabağ"la oyunun hazırlığına başladı

18:20 - 9 Dekabr 2014

İtaliya təmsilçisi "Qarabağ"la oyuna hazırlaşır

 

Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ"la qarşılaşacaq İtaliyanın "İnter" klubu bu oyunun hazırlığına başlayıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda "Ancelo Moratti" idman mərkəzində məşq edib.

Milan təmsilçisi sabah Bakıya gələcək. Klubun baş m
əşqçisi Roberto Mançini saat 19:00-da jurnalistlərin suallarını cavablandıracaq. Təcrübəli mütəxəssis yarım saat sonra komandasını "Qarabağ"la oyunöncəsi son məşqinə çıxaracaq.

Qeyd edək ki, dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "İnter" oyunu saat 21:00-da başlayacaq.

Xəbər xətti