"Arsenal"ın futbolçusundan idmançıya yaraşmayan hərəkət

17:25 - 6 Yanvar 2015

Klubdan qolkiperə cəza

 

İngiltərənin "Arsenal" klubu qapıçısı Voyçex Şesniyə cəza tətbiq edib.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi polşalı qolkiperi 25 min avro məbləğində cərimələyəcək.

 

Səbəb isə qolkiperin "Sauthempton"la İngiltərə Premyer Liqasının son turunda keçirilən matçdan sonra siqaret çəkməsidir.

Qeyd edək ki, komandanın baş məşqçisi Arsen Vengerin V.Şesniyə "Hall Siti" ilə qarşılaşmada şans verməyəcəyi gözlənilir.

Xəbər xətti