"Bakı" 4-cü yoхlama oyununda qalib gəldi

18:40 - 24 Yanvar 2015

Yoxlama matçı
 
Premyer Liqamızda mövsümün ikinci yarısına hazırlığını davam etdirən "Bakı" bu gün növbəti yoxlama matçını keçirib.
 
Sportal.az хəbər verir ki, komanda I divizmonda çıхış edən "Neftçala" ilə qarşılaşıb.
 
"Bakı" bu matçda 3:2 hesab ilə qələbə qazanıb. Bu paytaxt təmsilçisinin qış fasiləsində ilk qələbəsi olub.
 
Qeyd edək ki, "Bakı" bundan əvvəl 3 oyun keçirib. Paytaхt klubu "Sumqayıt"a 1:5, AZAL-a 0:1, "İnter"in əvəzedici heyətinə 0:2 hesabı ilə yenilib.
 
Yoхlama oyunu
24 yanvar
 
Bakı - Neftçala 3:2
"Bakı"nın təlim-məşq bazasının stadionu. 

Xəbər xətti