Filipp Meksesi bağışlamadılar

22:45 - 27 Yanvar 2015

Müdafiəçiyə 4 oyunluq cəza
 
"Milan"ın futbolçusu Filipp Mekses İtaliya Futbol Federasiyası tərəfindən sərt cəzaya məruz qalıb .
 
Sportal.az qurumun saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçiyə 4 oyunluq cəza verilib.
 
Buna səbəb onun çempionatın 20-ci turunda "Latsio" ilə matçda rəqib futbolçunun boğazını sıxmasıdır.
 
Bu hərəkətinə görə  F.Mekses qırmızı vərəqə alaraq meydandan qovulub.
 
Qeyd edək ki, "Latsio" - "Milan" matçı paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti