3 aylıq sıradan çıxan Arteta 1 il daha "Arsenal"da

15:50 - 28 Yanvar 2015

Gələn ilin yayına qədər...

 

"Arsenal"ın təcrübəli yarımmüdafiəçisi Mikel Arteta klubla olan müqaviləsini yeniləyib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2011-ci ildən "topçular"ın şərəfini qoruyan Arteta 2016-cı ilin yayına qədər komandada qalacaq.

 

Qeyd edək ki, yanvar ayında əməliyyat olunaraq 3 aylıq sıradan çıxan 32 yaşlı futbolçu bu mövsüm 11 matçda forma geyinə bilib.

Xəbər xətti