Asiya kubokunda bürünc medalın sahibi müəyyənləşdi

17:50 - 30 Yanvar 2015

Qarşılaşmada 5 qol vurulub
 
Asiya kubokunda üçüncü yerin sahibi bəlli olub.
 
Sportal.az xəbər verir ki, üçüncü yer uğrunda matçda İraq və Birləşmiş Ərəb Əmirlikləri komandaları qarşılaşıb.
 
Görüş Birləşmiş Ərəb Əmirliklərinin qələbəsi ilə yekunlaşıb. Komanda rəqibini 3:2 hesabı ilə məğlub edərək turnirin bürünc medalını qazanıb.
 
Qeyd edək ki, Asiya kubokunun final matçı sabah keçiriləcək. Həlledici görüşdə Avstraliya və Cənubi Koreya yığmaları üz-üzə gələcək.

Xəbər xətti