"Yuventus" "Milan"ı da məğlub etdi VİDEO

10:00 - 8 Fevral 2015

Seria A-da 22-ci tur həyəcanı
 
İtaliya A Seriyasında 22-ci turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, dünən iki qarşılaşma baş tutub.
 
Öz meydanında "Torino"nu qəbul edən "Verona" rəqibinə 1:3 hesabı ilə uduzub. Turun mərkəzi qarşılaşması Turində keçirilib. Burada "Yuventus" və "Milan" klubları üz-üzə gəlib. Oyun 3:1 hesabı ilə "Yuventus" xeyrinə başa çatıb.
 
 
7 fevral
 
İtaliya A Seriyası, 22-ci tur
 
"Verona" - "Torino"  1:3
Qollar: Toni, 83 - Martinez, 32 , Quaqliarella, 50, Əl Kadduri, 90+3 
 
"Yuventus" - "Milan"  3:1
Qollar: Tevez, 14  Bonucci, 31 , Morata, 65 - Antonelli, 28 

Xəbər xətti