"Mançester Yunayted"dən 80 milyon avro

18:45 - 14 Fevral 2015

Kavani İngiltərə yolunda
 
İngiltərənin "Mançester Yunayted" klubu heyətini daha da gücləndirmək niyyətindədir.
 
Sportal.az "goal.com"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi PSJ-nin hücumçusu Edison Kavanini transfer etmək niyyətindədir.
 
Komanda futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır. Klublar arasında razılıq əldə olunarsa futbolçu yeni mövsümdən etibarən Mançester klubunda çıxış edəcək. 
 
Qeyd edək ki, 28 yaşlı futbolçu 2013-cü ildə "Napoli"dən PSJ-yə transfer olunub. 

Xəbər xətti