Azərbaycan kubokunun 2 oyunu canlı yayımda

00:24 - 2 Mart 2015

"Qəbələ" - "Simurq" matçı saat 19:00-da
 
Martın 4-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
 
Sportal.az xəbər verir ki, iki oyunun başlama saatı müəyyənləşib. Həmin gün baş tutacaq "Neftçi" - AZAL matçı saat 17.00-da start götürəcək. Bundan iki saat sonra isə "Qəbələ" - "Simurq" oyunu başlayacaq. Hər iki oyun "İdman Azərbaycan" kanalı ilə canlı yayımlanacaq. Qeyd edək ki, 1/4 finalın digər iki oyununda "İnter" "Xəzər Lənkəran"ı, "Qarabağ" "Bakı"nı sınağa çəkəcək. Mərhələnin cavab görüşləri martın 13-də baş tutacaq.

Xəbər xətti