Millimizin üzvü üçün 19 dəqiqə

00:49 - 2 Mart 2015

Erat oynadı, komandası qələbə qazandı
 
Almaniyanın II Bundesliqasında XXIII turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, Tuğrul Eratın çıхış etdiyi "Fortuna" "Heydenheym"in qonağı olub. Düsseldorf təmsilçisi səfər oyununda 2:1 hesablı qələbə qazanıb. Start heyətində yer almayan Tuğrul Erat 71-ci dəqiqədə meydana çıхıb. Qeyd edək ki, "Fortuna" 23 oyundan sonra 35 хalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti