İsrafilovsuz "Qranada" məğlub oldu

11:53 - 15 Mart 2015

Millimizin üzvü "18-liy"ə düşə bilmədi
 
İspaniya La Liqasında 27-ci turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Rayo Valyekano" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Eddinin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
 
Qeyd edək ki, "Qranada" hazırda 22 xalla 19-cu pillədə qərarlaşıb.

Xəbər xətti