Xorvatiya Norveçi biabır etdi, İtaliya məğlubiyyətdən qurtuldu

01:57 - 29 Mart 2015

Millimizin rəqibləri növbəti matçlarına çıxıb
 
Dünənn Avropa çempionatının seçmə mərhələsinin H qrupunda V turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, yığmamızla bir qrupda yer alan milli komandalar da bu gün üz-üzə gəlib.
 
Qrup lideri Xorvatiya doğma meydanda Norveçi qəbul edib. Rəqibinə heç bir şans verməyən xorvatlar 3 xalı 5 qolla qazanıblar - 5:1.  
 
Qrup ikincisi İtaliya isə səfərdə Bolqarıstanın qonağı olub. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə 2 dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər. 
 
 
28 mart
H qrupu
 
21:00. Xorvatiya – Norveç 5:1
Qollar: Brozoviç, 30, Perisiç, 54,  Oliç, 66, Şildenfeld, 87, Pranjiç, 90+3 - Tettey, 81
 
23:45.  Bolqarıstan - İtaliya 2:2 
Qollar: Popov, 11 , Miçanski, 17 -  Minev, 4-avtoqol, Eder, 84

Xəbər xətti