"Qızıl top"un sahibi Lui van Qala axmaq dedi

23:45 - 29 Mart 2015

Xristo Stoiçkov "Barselona"nı niyə tərk edib?
 
Bolqarıstan futbolunun əfsanələrindən sayılan Xristo Stoiçkov 1998-ci ildə “Barselona” klubundan ayrılmasının səbəbini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, sabiq futbolçu həmin vaxt baş məşqçi Lui van Qalla aradakı münasibətin korlanması onun komandadan getməsinə səbəb olub. İllər keçəməsinə baxmayaraq, Xristo Stoiçkov hələ də hollandiyalı mütəxəssisi bağışlamır:
 
“Van Qalı etdiyi hərəkətə görə bağışlaya bilmərəm. Çünki o, mənim karyerama böyük zərbə vurub. Ona görə də onu bir məşqçi kimi qəbul etmirəm. Lui van Qal məşqçi yox, axmağın biridir. Hətta bir dəfə zədəli olduğum vaxt həyat yoldaşımla “Nou Kamp”da “Barselona”nın oyununa baxmağa gəlmişdim. Onda baş məşqçi xanımıma yaxınlaşıb belə dedi: “Siz onunla necə ailə həyatı qurmusuz? Qoy, hamıya məlum olsun ki, mənim “Barselona”dan getməyimin səbəbkarı onda Lui van Qal olub”.
     
Qeyd edək ki, 1994-cü ildə Stoiçkov dünyanın ən yaxşı oyunçusu olaraq “Qızıl top” mükafatını qazanıb.  

Xəbər xətti