"Əlincə" - "Vətən" matçında 11 qol

10:42 - 6 Aprel 2015

U-10 liqası

 

Bu gün U-10 liqasında növbəti turun görüşləri baş tutub.

 

Sportal.az xəbər verir ki, "Əlincə" 14-cü turun oyunları çərçivəsində "Dalğa Arena"da "Vətən"lə qarşılaşıb.

 

Oyun "Əlincə"nin 9:2 hesablı qələbəsiylə yekunlaşıb. Komandanın heyətində Amin Qarayev penta-trik (5 qol) müəllifi olub. İbrahim Yusifovun dubluna, Rövşən Nəzərov və Ömər Abdullah daha bir qol əlavə edib.

Xəbər xətti