Millimizin üzvü oynadı, komandası darmadağın oldu

11:47 - 7 Aprel 2015

27-ci turun matçı

 

Almaniya 2-ci Bundesliqasında 27-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin də şərəfini qoruyan Toğrul Eratın çıxış etdiyi Düsseldorf "Fortuna"sı səfərdə "Sankt-Pauli" klubu ilə qarşlaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.  Erat 73-cü dəqiqədə meydana daxil olub.

     

Qeyd edək ki, "Fortuna" hazırda 39 xalla turnir cədvəlinin 7-ci pilləsində  qərarlaşıb.

Xəbər xətti