Gənc model: "O, 5 və ya daha çox qol vurarsa, onunla 16 saat birlikdə olacam"

11:40 - 9 Aprel 2015

Rus futbolçuya maraqlı təklif
 
Gənc model Alina Henessi rusiyalı futbolçu Aleksandr Kokorinə əxlaqsız təklif irəli sürüb.
 
Sportal.az xəbər verir ki, model bildirib ki, rus futbolçu mövsümün sonuna qədər oynanan matçlarda 5 və ya daha çox qol vurarsa, onunla 16 saat birlikdə olacaq.
 
25 yaşlı model bunu verdiyi müsahibələrin birində deyib. Moskvanın “Dinamo” klubunun formasını geyinən Aleksandr Kokorinin isə buna cavabının necə olacağı hələ bilinmir. 
 
Alina Henessi rus futbolçularına qiymət verib: “Sergey İqnaşeviç yaxşı yarımmüdafiəçidir, ancaq onu sevmirəm, məndən ona 3 xal. Andrey Arşavin isə sevdiyim futbolçudur. Mən daha çox Kokorinə üstünlük verirəm və ona etdiyim təklifin cavabını gözləyirəm”

Xəbər xətti