"Əgər çempion olsaq, onda dünyanın ən yaxşı futbolçusu seçilmək şansım var"

02:00 - 10 Aprel 2015

Eden Azar "Qızıl top"a iddialıdır
 
“Çelsi” klubunun yarımmüdafiəçisi Eden Azar dünyanın ən yaxşı oyunçusu kimi bu il “Qızıl top” mükafatına iddialı olduğunu açıqlayıb.
 
Sportal.az xəbər verir ki, Belçika milli komandasının aparıcı üzvü “zadəganlar”ın heyətində yaxşı mövsüm keçirdiyini vurğulayıb:
 
“Hazırda “Çelsi” Premyer Liqada liderdir. Bir oyun az kaçirməklə ikinci pillədə qərarlaşan “Arsenal”ı 7 xal qabaqlayırıq. Əgər çempion olsaq, onda dünyanın ən yaxşı oyunçusu seçilmək və “Qızıl top”a sahib olmaq şansım var.
 
Düzdü, Lionel Messi və Kriştianu Ronaldonun oyununa baxanda onlarla müqayisdə geri qalıram. Hər iki futbolçu mövsümün gedişində daha çox qol vuraraq komandasına uğur qazandırır. Mən də daha çox məhsuldar ötürmələrim və qollarımla “Çelsi”yə titullar qazandırmaq istəyirəm".   

Xəbər xətti