"Mixayloviç komandadan getmək istəyirsə, qapılar açıqdır"

01:50 - 11 Aprel 2015

“Sampdoriya”nın prezidentindən baş məşqçiyə sərt cavab 
 
“Sampdoriya”nın baş məşqçisi Sinişa Mixayloviçin mövsümün sonunda komandadan ayrılacağını bəyan etməsi klub prezidenti Massimo Ferreronu hövsələdn çıxarıb.
 
Sportal.az xəbər verir ki, cerbiyalı mütəxəssisin “Milan”a başcılıq edəcəyindən xəbər tutan klub rəhbəri əsəbləşərək belə deyib:
 
“Samdoriya” klubunun gözəl gələcəyi var. İstəyir baş məşqçi Mixayloviç və ya bir başqası olsun.  Bizim üçün bunun elə də bir əhmiyyəti yoxdur. Onsuz da komanda öz oyununu göstərir. Mixayloviç getmək istəyirsə, qapılar açıqdır. Daha bunu açıq şəkildə bəyan etməsi komandanın oyununa təsir edir”.        

Xəbər xətti