Vidadi Rzayev "Kəpəz" dən getmək istəyir

23:05 - 16 Aprel 2015

Gəncə təmsilçisində acınacaqlı vəziyyət
 
“Kəpəz”dəki durum çox acınacaqlıdır. Hətta iş o yerə çatıb ki, komanda evdə “Energetik”i də məğlub edə bilmir. Oyunlara azarkeş də gəlmir. Pul yox, şərait yox.
 
Sportal.az xəbər verir ki, artıq baş məşqçi Vidadi Rzayev də bu vəziyyətdə işləməkdən bezib və istefa verib getmək istəyir.
Sadəcə, klubun prezidenti Mehman Allahverdiyev onu birtəhər dilə tutub saxlayır. Birtəhər mövsümü başa vurmaq üçün.

Xəbər xətti