PSJ-də kapitan şoku

21:35 - 20 Aprel 2015

Silvanın zədəsi ciddidir
 
PSJ "Barselona"ya qarşı Çempionlar Liqasının 1 /4 finalında keçiriləcək cavab qarşılaşmasına ciddi itki ilə çıxacaq.
 
Sportal.az xəbər verir ki, komandanın kapitanı Tiaqo Silva zədə səbəbindən sözügedən qarşılaşmanı buraxacaq.
 
Qeyd edək ki, T.Silva Kataloniya klubuna qarşı ilk matçda zədələnmişdi. Onun ikinci oyuna kimi zədəsinin sağalması mümkün olmayıb.

Xəbər xətti