"Əlincə" - "Muğan" matçında 8 qol

11:13 - 23 Aprel 2015

1/8 final matçı

 

U-12 liqasında 1/8 final mərhələsinin oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Əlincə" Binə stadionunda “Muğan”la qarşılaşıb. “Əlincə”nin böyük üstünlüyü şəraitində keçən oyunda baş məşqçi Zaza Çankvetadzenin yetirmələri 8:0 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdırıb. "Ağ-narıncılar"ın heyətində Anar Tağıyev pokerə imza atıb. İsmayıl Əlizadənin dublundan savayı, hərəyə bir dəfə Sərxan Məmmədov və Nurlan Abdullayev fərqlənib.

Xəbər xətti