Joze Mourinyo: "Eden Azarın başına tapanca sıxan olmayıb"

23:25 - 24 Aprel 2015

"Təzəlikcə yeni müqavilə bağlayıb"

 

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo komandanın aparıcı futbolçusu Eden Azarın klubu tərk edə biləcəyinə dair xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Azardın öz istəyi ilə “Çelsi” ilə müqaviləsini yenilədiyini deyib:

 

“Eden təzəlikcə yeni müqavilə imzalayıb. Və bunu etsin deyə, Eden Azarın başına tapanca sıxan olmayıb. Düşünmürəm ki, o, “Çelsi”ni tərk etmək barədə düşünsün”.

 

Qeyd edək ki, bir müddət əvvəz Azar “Çelsi” ilə 5 illik müqaviləyə imza atıb. Yeni anlaşmaya görə, onun həftəlik maaşı 200 min funt təşkil edəcək. Ümumilikdə isə o, 5 illik müqaviləyə görə, 57 milyon funt qazanacaq. 

Xəbər xətti