Emil Balayev oynadı, "Ayntraxt" böyük hesablı qələbə qazandı

10:24 - 29 Aprel 2015

Yoldaşlıq matçı

 

Millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi “Ayntraxt” klubu yoldaşlıq oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, frankfurtlular Verbandsliqa təmsilçisi “Darmştadt”la üz-üzə gəliblər. Aşağı liqa klubu ilə görüş “Ayntraxt”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Baş məşqçi Tomas Şaaf bu oyunda əsas heyətə düşməkdə çətinlik çəkən futbolçulara şans verib. Emil Balayev da ilk “11-lik”də meydana çıxıb.

Xəbər xətti