"Lokomotiv" Rusiya kubokunun finalında VİDEO

21:45 - 29 Aprel 2015

Qalib penaltilər seriyasında müəyyənləşib

 

Rusiya kubokunun yarımfinalında “Qazovik” və “Lokomotiv” klubları üz-üzə gəlib. Sportal.az xəbər verir ki, bu komandalar arasında oyunun əsas vaxtı heç-heçə sona çatıb.

 

Oyunun 50-ci dəqiqəsində Vasiev “Qazovik”i hesabda irəli çıxarsa da, 88-ci dəqiqədə Şkuletiç bərabərlik qolunu vurub. Əlavə vaxta tərəflər fərqlənə bilməyiblər.

 

Penalti zərbələri seriyasında isə “Lokomotiv” daha  dəqiq olub – 4:3. Oyunun icmalını təqdim edirik.

 

Xəbər xətti