"Bakı" 22 turluq həsrətə son qoydu

00:01 - 3 May 2015

Sonuncu dəfə AZAL-ı məğlub etmişdi
 
Premyer Liqanın 32-ci turunda “Bakı” “Xəzər Lənkəran”ı 2:1 hesabı ilə məğlub edib. 
 
Sportal.az xəbər verir ki, bununla “Bakı”nın 22 turluq qələbə həsrəti bitib. “Zolaqlılar” cari mövsümdəki sonuncu qələbəsini ötən ilin 25 oktyabrında, 9-cu turda qazanmışdı. Həmin vaxt “Bakı” səfərdə AZAL-dan üstün olmuşdu - 1:0. Geridə qalan müddətdə 13 oyunda uduzan “Bakı”, 6 görüşdə də heç-heçə edib. 
 
Qeyd edək ki, “Xəzər Lənkəran” üzərində qələbə “Bakı”nın 2015-ci ildəki ilk uğurudur. 

Xəbər xətti