"Çempionlar Liqasında yarımfinala qədər gələcəyimizi gözləmirdim"

01:10 - 5 May 2015

Karlos Teves: “Kuboku qazanmağa biz də iddialıyıq”
 
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları bu gün keçiriləcək.
 
Sportal.az xəbər verir ki, İtaliya çempionu “Yuventus” doğma meydanda Madrid “Real”ını qəbul edəcək.
 
Turin təmsilçisinin argentinalı hücumçusu Karlos Teves oyunöncəsi mətbuat konfransında maraqlı fikirlər söyləyib:
 
“Çempionlar Liqasında yarımfinala qədər gələcəyimizi gözləmirdim. İtaliyada çempion olduq,  indi hədəf qitənin ən nüfuzlu turnirində finala vəsiqə qazanmaqdır. Düzdü, dünyanın ən güclü klublarından biri sayılan “Real”la qarşılaşacağıq. Lakin kuboku qazanmağa biz də iddialıyıq. Bu oyunda həm “Real” həm də “Yuventus” qalib gələ bilər”.     

Xəbər xətti