Pelleqrini "Mançester Siti"dən müqaviləni yeniləməyi tələb etdi

01:13 - 11 May 2015

Çilili mütəxəssis rəhbərliyin qərarını gözləyir
 
“Mançester Siti” klubunun baş məşqçi Manuel Pelleqrini ilə müqaviləsi 2016-cı ilin yayında başa çatır.
 
Sportal.az xəbər verir ki, cari mövsüm “şəhərlilər”in çempionluqdan əlini üzməsi çilili mütəxəssisin baş məşqçi postunda qalmaq ehtimalını azaldıb.
 
Lakin son yayılan məlumatlara görə, klub rəhbərliyi baş məşqçiyə daha bir il “Mançester Siti”də işləməyə şans verib. Manuel Pelleqrini komandanın onunla müqavilə müddətini uzadacağını gözləyir:
 
“Sakit işləməyim üçün klubla yenidən müqavilə bağlamalıyam. Düşünmürəm ki, koamndada qalıb-qalmayacağım futbolçuların oyununa təsir etsin. Onlar meydana qələbə qazanmaq üçün çıxırlar. Əsas odur ki, futbolçular klub rəhbərliyinin nə addım atacağını gözləyirlər. Yaya Ture komandanı tərk edəcəyi ilə bağlı mənə heç nə deməyib. Tureylə yanaşı digər futbolçular da rəhbərliyin qərarını gözləyirlər”. 

Xəbər xətti