"Növbəti mövsümdə necə olacağını deyə bilmərəm"

02:40 - 20 May 2015

Maksi Lopes “Torino”ya sadiq qaldı
 
“Torino”nun hücumçusu Maksi Lopes yayda komandanı tərk etməyəcək.
 
Sportal.az xəbər verir ki, bu mövsüm turinlilərin heyətində 22 oyuna çıxan futbolçu rəqib qapılarının torunu topla 9 dəfə silkələyib.
 
İtaliya A seriyasında özünü yaxşı tərəfdən göstərən Lopes komandadan ayrılmaq fikrində deyil:
 
“Torino”da özümü evdəki kimi hiss edirəm. Əla kollektivimiz və azarkşlərimiz var. Turində hər şey məni qane edir. Ona görə də komandadan ayrılmaq fikrim yoxdur. Növbəti mövsümdə necə olacağını deyə bilmərəm”.     

Xəbər xətti