"İnter" "Cenoa"yla bacarmadı VİDEO

02:56 - 24 May 2015

Milan təmsilçisi işini çətinə saldı   
 
İtaliya A seriyasında 37-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, turun ən maraqlı  qarşılaşması “Cenoa” və “İnter” komandaları arasında olub.
 
Italiya federasiyasından avrokuboklara qatılmaq üçün lisenziya ala bilməyən ev sahibləri iddiasını yenə də ortaya qoyub. “Cenoa” doğma divarlar arxasında rəqibinə qalib gəlib. Bu məğlubiyyətdən sonra 8-ci pillədə qərarlaşan Roberto Mançinin komandasının avrokuboklara vəsiqə qazanmaq şansı azalıb.
 
 
“Cenoa” – “İnter”  3:2
Qollar:
Pavolotti, 24, Lestyen, 41, Kuçka, 89 - İkardi, 19, Palasio, 26
 
 

Xəbər xətti