FİFA-nın prezidentinə qırmızı vərəqə VİDEO

19:19 - 29 May 2015

Çıxış yarımçıq dayanıb

 

Bu gün FIFA-nın prezident seçkilərindən öncə 65-ci konqresdə çıxış edən qurumun prezidenti Yozef Blatterin çıxışı yarımçıq kəsilib. 

 

Sportal.az xəbər verir ki, buna səbəb iki fələstinli qadının zala daxil olaraq, bir andaca aranı qarışdırmaları olub. Qadınlardan biri mühafizəçilərin müdaxiləsinədək "Blatterə qırmızı" qışqırdığı deyilir. O, həm də FIFA prezidentinə qırmızı vərəqə göstərməyə də macal tapıb.

 

Qeyd edək ki, Blatterin rəqibi İordaniya şahzadəsi Əli bin Əl-Hüseyndir.

 

Xəbər xətti