Mikkoli Malta klubunda

21:58 - 24 İyun 2015

 

 

1 illik müqavilə imzalanıb

 

Məşhur İtaliyalı hücumçu Fabrizio Mikkoli Malta birinciliyində çıxış edəcək.

 

Sportal.az xəbər verir ki, İtaliya yığmasının keçmiş üzvü Maltanın “Birkirkara” klubu ilə anlaşıb.

 

Mikkoli ilə bir illik müqavilə imzalanmıb.

 

Xatırladaq ki, “Yuventus”, “Fiorentina”,  “Benfika” kimi məşhur klubların formasını geyinmiş Mikkoli İtaliya yığması ilə 10 oyunda meydana çıxıb və 2 qola imza atıb.

Xəbər xətti